14.12.2024

12 oktyabr 2020 **“İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı”

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
AVMVİB Neftçal Şöbəsi İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısını təqdim edir.
Müharibənin 16 — cı günü
Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri.


           Şəhid Əsgərov Samid Gülmalı oğlu 1989-cu il oktyabrın 12-də Neftçala rayonunun Boyat kəndində anadan olub. 1996-cı ildə Neftçala rayonu, Bəhruz Həşimov adına Boyat kənd tam orta məktəbinə daxil olmuşdur. 1999-cu ilə qədər həmin məktəbdə təhsil almış və sonra 1999-cu ildən 2005-ci ilə qədər təhsilini Neftçala rayonu Elton Həbibov adına 4 saylı orta məktəbdə davam etdirmişdir. 2005-ci ildə C.Naxçıvanski adına hərbi litseyə qəbul olmuşdur. 2008-ci ildə həmin liseyi bitirmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirmiş, leytenant hərbi rütbəsi verilmiş və 2012-ci ilin iyul ayının 26-da təhsilini davam etdirmək üşün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə  göndərilmişdir.
       Şəhid kapitan Əsgərov Samid Gülmalı oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı  Füzuli rayonu, Seyidəhmədli kəndi istiqamətində döyüşə başlayır. Düşmənin keçilməz səddinin yarılmasında Samid Əsgərov böyük qəhrəmanlıq göstərir. Hərəkatın adı isə Milli Qəhrəman "Polad Həşimovun" adına uyğun olaraq Polad Həşimov hərəkatı adlandırılıb. Ağır döyüşlər zamanı Samid Əsgərov qəlpə yarası almasına baxmayaraq döyüşü davam edir. Yenidən düşmən tərəfindən atılan minaatan vasitəsilə Samid Əsgərov növbəti zərbəni alır və döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. 03 oktyabr 2020-ci il tarixində Neftçala rayon Mərkəzi Qəbirstanlığında dəfn olunub. Ailəli olub. Əsgərli Kənan adlı bir oğlu var.
         Şəhid Əsgərov Samid Gülmalı oğlu xidməti dövründə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə, "Azərbaycan ordusunun 100 illiyi" yubiley medalı ilə, "Qüsursuz Xidmətə Görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən  ölümündən sonra "Vətən uğrunda" medalı ilə və 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.            

         Arif Abbaslı 1993-cü il dekabrın 15-də Şərur rayonunun Qıvraq qəsəbəsində anadan olub. 2000-2008-ci illərdə Qıvraq qəsəbə tam orta məktəbində, 2009-2012-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir yaşlı Ləman adında qızı yadigar qaldı.
         Azərbaycan Ordusunun baş leytenantı olan Arif Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən   Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Arif Abbaslı oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.  

          Teymur Feyruz oğlu Abbasovdur.
     O, oktyabrın 12-nə keçən gecə Hadrutda düşmənin əks-hücumunu qarşısını alarkən qəhrəmancasına şəhid olub.

        Ceyhun Adgözəlov 12 oktyabr 1994-cü ildə Saatlı rayonunun Azadkənd kəndində anadan olmuşdur. Əslən Şamaxı rayonundan idi. Sərbəst güləş üzrə bir sıra rayon, məktəb turnirlərində dərəcə tutmuşdur. Nişanlı idi.

Ceyhun Adgözəlov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət xidmət etmişdir. Xidmətini başa vurduqdan sonra mülki şəxs olaraq çalışmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Adgözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ceyhun Adgözəlov 6 noyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 7 noyabr tarixində dəfn olunmuşdur.


       Ağabala Ağayev 3 mart 1997-ci il tarixində Azərbaycanın Şabran rayonunun (keşmiş Dəvəçi) Çölquşçu kəndində anadan olmuşdur. O, həmin kənddə orta təhsilini almışdır. Ağabala Ağayev 2015-ci ildə hərbi xidmətə yollanmışdır. Kiçik çavuş olan Ağayev MAXE hərbi qulluqçusu vəzifəsində çalışmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. 
      Ağabala Ağayev Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, oktyabrın 13-də, 23 yaşında Füzuli-Cəbrayıl istiqamətində şəhid olmuşdur. Ağabala Ağayev oktyabrın 14-də Çölquşçu kəndində dəfn edilmişdir.    

      Saleh Ağayev 1992-ci il aprelin 30-da Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Ailəli idi.

Saleh Ağayev 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2012-ci ildən «kiçik gizir» rütbəsində Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq hərbi xidmət edirdi.
Azərbaycan Ordusunun kiçik giziri olan Saleh Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Saleh Ağayev oktyabrın 12-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Günəşli kəndində dəfn olunub


       Dadaşov Zaur Zümrüd oğlu 1997-ci il dekabrın 5-də Rusiya Federasiyasının Surqut şəhərində anadan olub. 2000-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. O, 2004-cü il sentyabrın 15-də Xaçmaz rayonu Aslan Oba kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2015-ci ildə məktəbi əla qiymətlərlə bitirib. 2016-cı ilin yanvar ayında hərbi xidmətə yollanıb və 2017-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olub.
      Daima hərbi sahəyə maraq göstərən Zaur 2020-ci il sentyabr ayının 9-da MAHHXHR kimi Qusar rayonundakı N saylı hərbi hissədə xidmətə başlayıb,2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
       Döyüşə yollanmazdan bir gün öncə o, ailəsinə zəng edərək qardaşına bu sözləri deyib: “Haqqınızı halal edin!” və valideynlərinin onun döyüşdə iştirak etdiyini bilməsini istəməyib. Müharibdə olduğu müddətdə tez-tez evə zəng edərək döyüşdə olmadığını və sadəcə təlimlərdə iştirak etdiyini deyib. Şəhid olmazdan iki gün öncə döyüş meydanında bir şəkil çəkdirib və döyüş yoldaşlarına: “Mən şəhid olsam bu şəkli məzar daşıma vurarsınız” - sözlərini işlədib. Şəhid olduğu gün ailəsinə zəng edib, atası ilə çox qısa zaman danışıb və burada hər şeyin yaxşı olduğunu söyləyib. 12 oktyabr Füzuli rayonu kənd Horadiz uğrunda gedən döyüşlərdə yüksək şücaət göstərmiş və qəhrəmancasına vuruşmuş, düşmən snayperindən açılan atəş nəticəsində şəhid olub.   

         Orxan Dənziyev 2002-ci il iyulun 18-də Lerik rayonunun Laman kəndində anadan olub. Subay idi.
    Azərbaycan Ordusunun əsgəri olan Orxan Dənziyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. Orxan Dənziyev oktyabrın 12-də Ağdam istiqamətində şəhid olub. Lerik rayonunda dəfn olunub.      

      Nurlan Əhmədli 12 oktyabr 1996-cı ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2003-ci ildə M. F. Axundov adına 1 nömrəli tam orta məktəbinə daxil olmuşdur. 2014-ci ildə məktəbi bitirmişdir. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə Bakalavr təhsili almışdır.
      Nurlan Əhmədli 2019-cu ilin yanvarında Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin iyulunda da xidmətini uğurla başa vurmuşdur.
       Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Nurlan Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli döyüşlərində savaşıb. Nurlan Əhmədli Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Nurlan Əhmədli oktyabr ayının 27-də Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.     

        Şahid Əhmədli 1992-ci il oktyabrın 17-də Saatlı rayonunun Qaracalar kəndində anadan olub. 2007-2010-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı.
      Azərbaycan Ordusunun baş leytenantı olan Şahid Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahid Əhmədli oktyabrın 12-də Talış döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub. Saatlı rayonunda dəfn olunub.     

         Əmrah Əkbərov 1998-ci il fevralın 21-də Lerik rayonunun Livədirqə kəndində anadan olub. 2004-cü ildə Livədirqə kənd orta məktəbinin 1-ci sinifinə gedir. 2005-ci ildə təhsilini Xəzər rayonunda yerləşən 322 saylı tam orta maktəbdə davam etdirir. O, 2013-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 2016-cı ildə həmin liseyi bitirmişdir.
     Əmrah Əkbərov 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olmuşdur.2020-ci ildə məktəbi bitirib Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində leytenant rütbəsi alaraq baş kəşfiyyatçı kimi xidmət etməyə başlamışdır.
      Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan Əmrah Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.Əmrah Əkbərov oktyabr 12-də Hadrut döyüşləri zamanı şəhid olmuşdur.   

        Əli Ələkbərov 12 oktyabr 1985-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur. Sonra Xırdalan şəhərinə köçmüş və orada yaşamışdır. Bakı şəhər 157 nömrəli tam orta məktəbdə orta təhsilini, Azərbaycan Dövlət İqtisad Universitetində isə ali təhsilini almışdır. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır.
         Azərbaycan Ordusunun əsgəri olan Əli Ələkbərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Suqovuşanın və Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əli Ələkbərov 15 oktyabr 2020-ci ildə Ağdam rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 1 ay sonra tapılan nəşi üzərində uzun müddət DNK analizi getdiyindən 21 noyabr 2020-ci ildə təhvil verilmişdir.     

          Rasim Əmrahov 12 oktyabr 1988-ci ildə Bərdə rayonunun Ərəbbəsrə kəndində anadan olmuşdur.

Rasim Əmrahov 2006–2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2014-cü ildən eyni hərbi birləşmədə xidmətini müddətdən artıq xidmət edən qulluqçu kimi davam etmişdir. 2018-ci ildə general-polkovnik Zakir Həsənovun əmri ilə xidmətdə fərqləndiyinə görə «Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı ilə təltif edilmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Rasim Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rasim Əmrahov 8 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.


         Əmrah Hüseynli 1994-cü il oktyabrın 12-də Cəlilabad şəhərində anadan olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.2017-ci ildə hərbi məktəbi "Taktiki kəşfiyyat qoşunları komandiri" ixtisası üzrə leytenant hərbi rütbəsində bitirib. Xüsusi Təyinatlı Qüvvələrin təməl komando kurslarını keçmiş və xüsusi təyinatlı qüvvələrdə xidmətə başlamışdır.
       Əmrah Hüseynli 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.
          Azərbaycan Ordusunun baş leytenantı olan Əmrah Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əmrah Hüseynli oktyabrın 26-da Çanaqçı istiqamətində şəhid olub. Cəlilabad şəhərində dəfn olunub.    

         Rafiz Hüseynov 12 oktyabr 2000-ci ildə Gədəbəy rayonunun Şahdağ kəndində anadan olmuşdur. Subay idi. Rafiz Hüseynov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.
        Azərbaycan Ordusunun əsgəri olan Rafiz Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rafiz Hüseynov 28 oktyabr 2020-ci ildə Şuşa rayonu istiqamətinə yolların açılması üçün döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.  

         Fərid Eyvaz oğlu Məmmədov 12 oktyabr 2000-ci ildə Kürdəmir rayon Şıxımlı kəndində anadan olub. 2006-cı ildə Vüqar Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbin 1-ci sinfinə gedib. 2017-ci ildə həmin məktəbdən məzun olub. Bəzi övladlar kiçik yaşdan həyatın yükünü çiyinlərində daşımağa məcbur olur. Fərid də məhz o övladlardan biri idi ki, hələ 7-ci sinifdə oxuyarkən bazarda işləməyə başlayıb. Bəziləri soyuq qış gecələrində isti yorğan altda yatarkən Fərid sübh tezdən oyanıb ailəsinə dəstək ola bilmək üçün iş dalınca gedərdi. Fəridin uşaqlıq arzusu idi Hərbidə işləmək, 8-ci sinifdə Naxçıvanskiyə daxil olmaq istəsə də sənədləri qəbul olunmayıb.
      27 sentyabr ikinci Qarabağ müharibəsi başlayanda oğlu xidmətdə olan hər valideyn kimi Fəridin anası da çox narahatçılıq keçirir. Həmin ərəfələrdə oğlundan bir xəbər ala bilməyən ananın nigarançılığı isə birə beş artır. Nəhayət,oktyabrın 14-ü ailəsi ilə əlaqə saxlayan Fərid “hər şey yaxşı olacaq, özünüzə yaxşı baxın, görüşərik”- desə də ona bir daha ailəsi ilə görûşmək nəsib olmur. Oktyabrın 15-i günorta saatlarında Suqovuşan ərazisində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

               Məmmədov Röyal Misil oğlu 12.10.1990-cı ildə Şirvan şəhərində anadan olmuşdur. O könüllü olaraq hərbi xidmətə getmiş, N saylı hərbi hissədə xidmət etmişdir. Məmmədov Röyal Misil oğlu erməni təcavüzünə qarşı döyüşlərdə fəal iştirak etmiş, işğal altında olan torpaqlarımızın azad edilməsində fədakarlıq nümunələri göstərmiş, şəhidlik zirvəsinə ucalmışdır. 
          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü", ”“Cəbrayılın azad edilməsinə görə” və “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif edilmişdir.    

              Əli Mənəfli 12 oktyabr 2001-ci ildə Şirvan şəhərində Əflan və Simuzər Mənəflilərin ailəsində yeganə oğul övladı olaraq anadan olmuşdur. Ailədə Əli ilə birgə Məryəm adlı bacısı var. Əli 2007-2018-ci illərdə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseydə təhsil almışdır. 2018-2019-cu illərdə Şirvan Peşə Liseyində təhsilini davam etdikdən sonra hərbi xidmətə yollanmışdır. Subay idi.

Əli Mənəfli 2019-cu ilin oktyabrından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Əli Mənəfli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əli Mənəfli 14 noyabr 2020-ci ildə Şuşa döyüşləri gedişatında Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirərkən şəhid olmuşdur. Şirvan şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur.


        Azər Mikayılov 1980-ci il avqustun 1-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində anadan olub.
      Azərbaycan Ordusunun mayoru Azər Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Mikayılov oktyabrın 8-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.   

           Rzazadə Fərhad Mirzə oğlu 12 oktyabr 2001-ci ildə Füzulinin Bala Bəhmənli kəndində doğulub. 2007-2018-ci illərdə Bala Bəhmənli kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ilin 23 oktyabrında həqiqi hərbi xidmətə çağırılıb. Goranboyun Ağcakənd kəndində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayan Fərhad uğurlu xidmətinə görə tezliklə ordan Xüsusi Təyinatlı Qüvvələrə göndərilib.
  Fərhadın mənsub olduğu Rzayevlər ailəsi Böyük Vətən müharibəsi, I Qarabağ Müharibəsi və II Qarabağ müharibəsində vətənə 4 qəhrəman, 1 veteran verib. Ailənin şəhidi isə Fərhaddır.
  Azərbaycan Ordusunun əsgəri olan Fərhad 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. 
  Fərhad ilk olaraq Kəlbəcər-Murovdağ istiqamətində döyüşüb. Murovdağ yüksəkliyinin azad olunmasında xüsusi şücaət göstərərək, düşmənə ağır zərbələr endirib. Oktyabrın 1-də Füzuli istiqamətində gedən döyüşlərə qatılıb. Fərhad öz kəndini və atasını sonuncu dəfə kəndin dördyol adlanan istiqamətindən keçərkən avtobusdan görür. O, Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Sonuncu döyüşü Cəbrayılın Daşkəsən kəndinin azad edilməsi uğrunda olur. Daşkəsən kəndində düşmən mövqeyi məhv edildikdən sonra düşmən artilleriyasından atılan mərminin yaxınlıqda partlaması nəticəsində oktyabrın 3-də Cəbrayıl uğrunda döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn qəhrəmanımız oktyabrın 14-də Füzuli rayon Bala Bəhmənli kənd qəbiristanlığında dəfn olunub     

           İlqar Cahit oğlu Vəliyev 1973-cü il oktyabrın 12-də Bakı şəhərində anadan olub. Binəqədi rayonunda Əsəd Ələsgərov adına 244 saylı tam orta məktəbdə təhsil alıb.1991–1996-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil alıb. Təhminə Vəliyeva ilə ailəli idi. Vəli və Fuad adında 2 oğlu yadigar qaldı.
        Azərbaycan Dəmir Yollarının (ADY) 10 saylı İxtisaslaşdırılmış Dəmir yolu Müəssisəsində sahə rəisi vəzifəsində çalışırdı.

Azərbaycan Ordusunun baş leytenantı olan İlqar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar Vəliyev oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.


        Amrid Yunusov 1995-ci il oktyabrın 12-də Qusar rayonunun Əniq kəndində anadan olub.
     Azərbaycan Ordusunun çavuşu olan Amrid Yunusov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amrid Yunusov oktyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Qusar rayonunun Əniq kəndində dəfn olunub.
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: