Şəhid Vaqif Mirzəliyevin Anım günü keçirildi

Suraxanı rayonu Hövsan qəsəbəsi 281 saylı tam orta məktəbdə adını daşıdığı şəhid Vaqif Mirzəliyevin Anım günü keçirildi

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi üzvləri, məktəbin müəllim və şagird kollektivi, şəhidin ailə üzvləri və başqa ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Dövlət himnimiz səsləndirildikdən və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Dadaş Əliyev Vətən uğrunda aparılan müharibədən, Azərbaycanın qəhrəman oğullarının cəbhələrdə göstərdikləri qəhrəmanlıqlardan danışdı. O, bildirdi ki, şəhidlərin adının uca tutulması hər birimizin vətəndaşlıq borcudur. 281 saylı məktəbin şəhid Vaqif Mirzəliyevin adını daşıması isə bizi bu sahədə daha diqqətli olmağa səsləyir.

Qarabağ döyüşlərində Azərbaycanın müstəqilliyinə qarşı edilən düşmən hücumunun qarşısını almaq məqsədi ilə, döyüşə atılan bu məktəbin yetirməsi V. Mirzəliyev qəhrəmalıqlar göstərərək şəhid olub. Şəhidlərin yad edilməsini, təbliğ olunmasını özünə müqəddəs borc bilən məktəb direktoru bir ənənə olaraq məktəbdə onun anım günlərini təşkil etdiklərini bildirdi.

Şagirdlərin ifasında şəhidə həsr edilmiş ədəbi-bədii kompozisiya, V. Mirzəliyev haqqında səhnəciklər, eyni zamanda şeir və mahnılar səsləndirildi. Bu səhnəciklər, ifaçılar alqışlarla qarşılandı və tədbirdə duyğulu anlar yaşandı.

Tədbirin ikinci hissəsində AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov çıxış edərək Ordumuzun düşmən işğalının qarşısını alması haqqında məktəblilərə məlumat verdi. E. Rüstəmov şagirdləri təhsil sahəsində əsil vətənpərvər kimi yaxşı oxumalarını və müəllimlərdən daha çox biliklər öyrənməyi tövsiyyə etdi.

AVMVİB adından Eldar Rüstəmov, AVMVİB-in təsis etdiyi xatirə medallarını şəhidin anası Tamella Mirzəliyevaya və məktəbin müəllimi, müharibə veteranı, AVMVİB üzvü Vaqif Əliyevə təqdim etdi.

Şəhid anası Tamella Mirzəliyeva məktəbin pedaqoji kollektivinə təşəkkür edərək bildirdi ki, məktəbə Dadaş Əliyev direktor təyin edildikdən sonra şəhidlərimiz tez-tez anılır. 

Tədbirdə maraqlı məqam isə, şəhid anasının bizim xahişimizlə keçmiş döyüşçü Vaqif Əliyevi xatirə medalı ilə təltif etməsi oldu. Məktəbin müəllimi, müharibə veteranı V. Əliyev və şəhid Vaqif Mirzəliyev haqqında şagirdlər tərəfindən hazırlanmış video rolik də alqışlarla qarşılandı.

Hazırladı: AVMVİB Mətbuat xidməti

Xəbərə aid digər fotolar



Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •