14.12.2024

Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək İctimai Birliyi Sankt-Peterbuqda tədbir keçirmişdir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və 2024 cü il ücün elan olunuş kicik qrant müsabiqəsinin qalibi kimi “Dünya Azərbaycanlılaın Həmrəyliyinə Dəstək” ictimai birliyi və Rusiya Federasiyasının Sankt- Peterburq şəhəri Regional “Çinar” Azərbaycan Milli Mədəniyyət Mərkəzi İctimai Təşkilatı ilə birgə“Etno-Milli-Mədəni İcmaların Dövlət Oqanları ilə Münasibətlərinin Qarşılıqlı Əlaqəsi”adlı layihə cərcivəsində tədbir təşkil olunmuşdır.

Tədbiri giriş sözü ilə acan, Sankt- Peterburq şəhəri Regional “Çinar” Azərbaycan Milli Mədəniyyət Mərkəzi İctimai Təşkilatının rəhbəri Xeyransa xanım Mirzəyeva gələn qonaqları tədbirin mövzusu və bu tədbirin ideya müəllifi olan “Dünya Azərbaycanlılaın Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadə ilə tanış etdi. Deyildi ki, Tofiq Əli-zadə artıq 5 ildir ki, bizim təşkilatla əlaqələr saxlayır və müxtəlif mövzularla birgə tədbirlər hazırlayırıq. Xeyransa xanım onu da əlavə etdi ki, Tofiq Əli-zadənin təqdim etdiyi layihənin mövzusu, Azərbaycanın milli maraqları baxımından xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyətlərinin tənzimlənmələri istiqamətlərində mühüm işlərin,baxımından cox vacibdir.Daha sonra cıxış ücün söz, layihə rəhbəri olan Tofiq Əli-zadəyə verildi. Tofiq müəllim tədbirdə iştirak edən qonaqları nəzərə alaraq. rus dilində cıxış edərək, soydaşlaımızı və qonaqları salamlayaraq söylədi ki, Rusiya-Azərbaycan dostluq, qardaşlıq münasibətləri ildən–ilə artmaqdadır.Rusiyada Azərbyacanlılar əsasən də, Sankt- Peterbuq şəhərində özlərini cox rahat hiss edir ,ölkənin ictimai həyatın aktiv iştirak edirlər. Tofq Əli-zadə dedi ki, Rusiyada olan Azərbaycan icmaları və soydaşlarımızın daha aktıv calışmaları, bu gün ücün cox vacibdir.Cünki bu gün verilən məlumatlara görə, Sankt-Peterbuq şəhərində 450 minə yaxın Azərbaycanlılar bu ölkənin tam hüquqlu vətəndaşları olaraq sərbəst şəkildə yaşamaqdadır. Deyildi ki, Rusiyadakı Azərbaycan mədəniyyət mərkəzlərimizin və ictimai birliklərimzin muasir tələblərə uygun formalaşması sahəsində mühüm işlərin görülməlidir. Xarici ölkələrdəki Azərbaycan mədəniyyət mərkəzlərimzin yenidən proqram şəkilində formalaşmaları,intekrasiya, və soydaşlarımızın həmrəyliklərinin təşkili məsələləri,həm də Azərbaycan ücün cox vacib məsələlərindəndir.Daha sonra Tofiq müəllim bu şəhərdə uzun illər yaşayan soydaşımız, Adil Quliyev haqqında danışarkən bildirdi ki. Adil nüəllim öz şəxsi vəsaiti hesabına rus dilində Xocalı həqiqətləri və Qarabag qazilərimiz haqqnda romanlar yazıb cap etdirmişdir. Hətta Gülnarə Əmirquliyevanın baş redaktoru olduğu “Carçı” jurnalında da, bu kitablar və Adil Quliyevin keçdiyi həyat yolu barədə geniş malumatlar verilmişdir. Bu görə də, Tofiq müəllim Adil Quliyeva minnətdarlıq edərək bildirdi ki, hər bir soydaşımız Azərbaycan həqiqətlərinin xarici ölkələrdə təbliğatı baxımından əlindən gələni etməlidir. Sonra cıxış edən, Sankt-Peterbuq şəhərində Beynəlxalq kommunikasiyalar, slavyan ənənələri üzrə mütəxəssis, fəlsəfə elmləri namizədi, dosent Aleksandra Kartseva soylədi ki, Rusiyadakı Etno-Milli-Mədəni İcmaların Dövlət Oqanları ilə Münasibətlərinin Qarşılıqlı Əlaqələr məsələləri günümüzün aktuallıgıdır. Belə Sank-Peterburq şəhərinə müxtəlif ölkələrdən hər gün minnlərlə turistlər gəlir və onların bir hissəsi bu şəhərdə yaşamaq və cəmiyyətə inteqrasiya olmaq istəyində olurlar.

Sonra Sankt-Peterbuq şəhəri Beynəlxalq Əlaqələr assosiyasının idarə heyyətinin sədri, Marqarita Mudrak cıxış edərək dedi ki, Rus xalqı ilə, Azərbaycan xalqlarının tarixi dostluq əlqalərinin tarixi 3 əsrdir ki davam edir. Xanım Marqarita Mudrak dedi ki, mən dəfələrlə Bakıda olmuşam. Şəhər mənim cox xoşuma gəlib,sakinləri də cox insiqanlıdırlar. Rusiya Federasiyasında daima yaşayan Azərbaycanlılar da ölkəmizin tam hüquqlu vətəndaşları olaraq, ictimai- siyasi mədəni həyatımızda cox yaxından iştirak edirlər. Daha sonra bu şəhərdə yaşayan ziyalı alimlərimizdən Zeynalov İsa, Əsədov Babək,soydaşlarımız Abbasova Ülviyyə, Musayeva Aytən, gənclərimizdən Cavid Abbasov Azərbyacanı bu ölkədə layiqli təmsil etdiklərinindən danışdılar. Sonda Xeyransa Mirzəyeva Tofiq Əli-zadəni “Çinar” Azərbaycan Milli Mədəniyyət Mərkəzi İctimai Təşkilatının fəxri fərmanı ilə təltif etdi.

19-2 4444
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: