AVMVİB və «Azərsun»dan bayram aksiyası
Azərbaycanın aparıcı şirkətlərindən olan və milli-mənəvi dəyərlərə xüsusi hörmət nümayiş etdirən “Azərsun Holdinq” 15 iyun Milli Qurtuluş Günü və Qurban bayramı münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) ilə birgə sosial layihə həyata keçirib.
Şirkətlər Qrupu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi bayram münasibətilə Nəsimi rayonunda bir qrup şəhid ailələləri, müharibə əlilləri və müharibə iştirakçılarını ziyarət edərək onlara “Azərsun Holdinq” məhsullarından ibarət bayram sovqatları hədiyyə edib.
AVMİB sədrinin səlahiyyətli nümayəndəsi, Nəsimi rayon şöbəsinin sədri “Azərbaycan bayrağı” ordenli polkovnik Elmar Hüseynov “Azərsun Holdinq”-nun idarə heyətinin sədri cənab Abdolbari Gozala şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçıları adından dərin minnətdarlığını bildirib.
AVMVİB Mətbuat xidməti