08.09.2024

Şəhid baş leytenant Çingiz Kərim oğlu Bağırovun anım mərasimi keçirildi

İyunun 12-də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezident İlham Əliyev cənabları tərəfindən «İgidliyə görə» medalı və digər təltiflərlə mükafatlandırılan şəhid tabor komandiri baş leytenant Çingiz Kərim oğlu Bağırovun anım mərasimi keçirildi.

Mərasimdə kənd icra nümayəndəsi, məktəb direktoru, şəhidin əsgərləri, şəhidin doğmaları, rayon icra qurumundan nümayəndə heyəti, dini şuranın sədri iştirak etdilər.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsinin sədri Bəylər Həlimli məktəbin direktoruna təltifnamə təqdim etmişdir.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-06-13-at-23-30-41

Whats-App-Image-2024-06-13-at-23-30-42

Whats-App-Image-2024-06-13-at-23-30-42-1

Whats-App-Image-2024-06-13-at-23-30-42-2

Whats-App-Image-2024-06-13-at-23-30-43

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: