27.07.2024

Şəhid Rüstəmov Emin Qəzənfər oğlunun mövludu qeyd edildi

Bu gün 19.05.2024-cü il tarixində Şəhid Rüstəmov Emin Qəzənfər oğlunun 50 yaşı tamam oldu. Şəhidimizin mövludu münasibətilə I Şəhidlər Xiyabanında anım tədbiri keçirildi.
Tədbirdə Şəhidimizin ailə üzvləri, yaxınları, sinif yoldaşları, döyüş yoldaşları, Zəngilan rayon İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Zəngilan rayon şöbəsinin İdarə Heyəti, AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, sədr müavini Zakif Abbasov, döyüşçü yazıçı Əli Rzaquliyev, rəssam Nazim müəllim, rayon ictimaiyyətinin nümayəndələri və QHT rəhbərləri iştirak etmişdir.

Saat 11:00 da başlayan tədbirdə Şəhidimizin məzarı üzərinə tər qərənfillər düzülmüş, İdris Rəhimov tərəfindən hazırlanan əklil qoyulmuşdur. Tədbiri Zəngilan rayon axundu Hacı Müşviq açaraq Şəhidlərimizin ruhuna dualar oxumuşdur. Sonra söz Şəhidimizin anası Çiçək anaya verilmişdir. Çiçək ana Şəhid Eminin həyatından danışaraq tədbir iştirakçılarına qısa məlumat vermişdir. Daha sonra çıxış edən Zəngilan rayon İcra Hakimiyyətinin Şəhid ailələri və müharibə iştirakçıları ilə iş şöbəsinin müdiri Kəmaləddin müəllim rayon İcra Hakimiyyəti olaraq hər zaman Şəhidlərimizi və onların ailələrini diqqətdə saxladıqlarını və hər zaman bunu davam edəcəklərini bildirdi. Çıxış edənlər arasında Şəhidimizin sinif və döyüş yoldaşı Novruz Məmmədzadəyə Şəhidimizlə bir sinifdə oxuduğu illərdə və müharibə vaxtı şəhidimizlə olan xatirələrindən danışdı. Söz Şəhid Eminin döyüş yoldaşı Baloğlana verildi. Baloğlan Şəhidimizlə eyni gündə xidmətə başladığını, birlikdə döyüş yolu keçdiklərini, Füzuli rayon Seyidəhmədli kəndi uğrunda gedən döyüşdən və Eminin Şəhid olma məqamlarından bəhs etdi. Söz AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayevə verildi. Azad Musayev ilk öncə tədbirə qatılan hər bir kəsə öz minnətdarlığını bildirib, tədbir iştirakçılarına AVMVİB Sədri Füzuli Rzaquliyevin salamlarını çatdırdı, sədr adından Şəhid anası ÇİÇƏK xanıma başsağlığı verdi. Sonra qonaqlara hır zaman Şəhid məzarlarını ziyarət edərək Şəhidlərimizin unudulmaması üçün hər zaman belə tədbirlərin keçirilməsinin vacib olduğunu dedi. Azad Musayev Şəhid Eminin anasına AVMVİB Zəngilan rayon şöbəsinin hazırladığı, Şəhidimizin şəkili olan ŞƏHİD ANASI döş nişanını və şöbənin Fəxri fərmanını təqdim etdi. Söz digər çıxışçılara verildi. Çıxış edənlər Şəhidimiz haqqında xoş sözlər deyərək, vətənpərvər şerlər səsləndirdilər. Xatirə şəkilləri çəkildikdən sonra tədbir AVMVİB Səbail rayon şöbəsinin ofisində çay süfrəsi arxasında davam etdi.
Allah cəmi Şəhidlərimizin yerin Cənnət eləsin!

Rüstəmov Emin Qəzənfər oğlu (1974-1994)
Rüstəmov Emin Qəzənfər oğlu 19 may 1974-cü ildə Zəngilan rayonunda anadan olub. 1981-1991-ci illərdə Zəngilan rayon 1 saylı orta  məktəbdə  orta təhsil alıb.
1992-ci ildə hərbi xidmətə çağrılıb. O, Zəngilan rayonunun Seyidlər, Qazançı, Ağkənd, Yuxarı Gəyəli kəndlərinin, sonra qonşu Qubadlı rayonunun Başarat, Xanlıq, Cəbrayıl rayonunun Əfəndilər, Sərkən kəndlərinin erməni hücumlarından müdafiə edilməsində dəyanətini göstərib.Zəngilan düşmənlər tərəfindən işğala məruz qaldıqdan sonra Goranboy rayonu ətrafında erməni silahlı birləşmələrinin hücumlarını dəf edən hərbi hissələrimizin tərkibində vuruşub. Cəbrayıl, Füzuli rayonlarında döyüşlərdə iştirak edib.  1994-cü il yanvarın 6-da Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə mərmi yarası alaraq qəhrəmancasına şəhid olub. Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

Azad Musayev,
AVMVİB Zəngilan rayon şöbəsinin sədri

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-05-19-at-19-58-13

Whats-App-Image-2024-05-19-at-19-58-38

Whats-App-Image-2024-05-19-at-19-58-38-1

Whats-App-Image-2024-05-19-at-19-58-39

Whats-App-Image-2024-05-19-at-19-59-28

Whats-App-Image-2024-05-19-at-19-59-28-1

Whats-App-Image-2024-05-19-at-19-59-29

Whats-App-Image-2024-05-19-at-19-59-29-1

Whats-App-Image-2024-05-19-at-19-59-53

Whats-App-Image-2024-05-19-at-20-00-09

Whats-App-Image-2024-05-19-at-20-57-32

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: