27.07.2024

Şəhid Əliyev Rəsul Arif oğlu doğma şəhərində dəfn olundu

Şəhid Əliyev Rəsul Arif oğlunun dəfn mərasimi baş tutmuşdur. Qeyd edək ki, Əliyev Rəsul Arif oğlu Birinci Qarabağ müharibəsində iştirak etmiş qəhrəmanlarımızdandır. Bu gün o 32 ildən sonra doğma şəhərinə gətirilərək Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

Şəhid Əliyev Rəsul Arif oğlunun dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sumqayıt şəhər şöbəsinin rəhbərliyi və üzvləri və şəhər ictimaiyyəti iştirak etmişdir.
Allah rəhmət eləsin!

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-05-20-at-17-39-50

Whats-App-Image-2024-05-20-at-17-39-50-1

Whats-App-Image-2024-05-20-at-17-39-51

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: