27.07.2024

Ağstafa, Abşeron və Naxçıvanda şəhidlərimizin anım mərasimi keçirilmişdir

11 aprel 2023-cü il tarixində Laçın rayonunda şəhid zirvəsinə yüksəlmiş Elşad Həsənov, Vidadi Zalov, və Səbuhi Tağıyevin Anım mərasimləri Ağstafa, Abşeron və Naxçıvanda baş tutmuşdur. 12 aprel 2024-cü il tarixində Ağstafa rayonunda şəhid Elşad Həsənovun Anım gününə həsr edilmiş tədbirlərdə AVMVİB-nin nümayəndələri, polkovnik Elmar Hüseynov, Mərdan Ələsgərov, Qaçay Aslanov, Əli Hümbətov, Vaqif Sadıqov, Şükür Tağıyev, Ədalət Şükürov, Əli Qaragözov iştirak etmişlər.

Tədbirdə Ağstafa rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qədiməliyev Ariz, əməkdaşı Vüqar Həsənov və ictimaiyyətin nümayəndələri də qatılmışlar. Tədbir Ağstafa rayonunun Xətai kəndində şəhid Elşad Həsənovun adına ailəsi tərəfindən inşa edilmiş, «AzərSu»-nun dəstəyi ilə Şəhid bulağın açılışı ilə başlamışdır.

AVMVİB-nin sədri Füzuli Rzaquliyevin əmri ilə Şəhid Həsənov Elşad Qabil oğlunun təltif olunduğu «Müharibə veteranı» xatirə medalı anası Məlahət xanıma Qazax rayon şöbəsinin sədri Vaqif Sadıxov tərəfindən təqdim edilmişdir.

Ağstafa şəhəri Şəhidlər xiyabanında keçirilən izdihamlı Anım tədbirində Şəhid ailələri, Qazilər, Vətən müharibəsinin iştirakçıları, yerli hakimiyyət orqanlarının və ictimaiyyət nümayəndələri iştirak etmiş, Şəhidlərin müqəddəs ruhuna dualar oxunmuşdur.

AVMVİB Mətbuat xidməti

JvRpODN.md.jpg JvRpvVt.md.jpg JvRpkxI.md.jpg JvRpNNp.md.jpg JvRpUfn.md.jpg JvRpgls.md.jpg JvRprUG.md.jpg JvRpPR4.md.jpg JvRpiOl.md.jpg
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: