14.12.2024

Şəhid ailələri iftar süfrəsində bir araya toplaşdı

Yaxşı əməl üçün əsas şərt — düzgün niyyətdir. Bu əməli həyata keçirən insan cəmiyyətdə əməli-saleh adı ilə tanınar. Ona görə də, təmiz niyyətlə edilmiş yaxşı əməlləri yaymaq, təşviq etmək lazımdır ki, hər kəs bu savabdan öz nəsibini götürsün və xeyirxahlıq daha geniş vüsət alsın.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İdarə Heyətinin üzvü, 44 günlük Qarabağ müharibəsi qazisi İlkin Rzaquliyev Müqəddəs Ramazan ayında öz bölüyündən olan şəhid ailələrinə iftar süfrəsi açmış, onları bu əziz gündə bir yerə cəm etməklə böyük ailə şəklində şəhidlərimizin əziz xatirəsinə ehtiram nümayiş etdirmiş, hamılıqla ruhuna dualar oxumuşlar.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Nurlan Məmmədli

JkMUvHX.md.jpg JkMUUDG.md.jpg JkMUrxf.md.jpg JkMUSNs.md.jpg
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: