27.07.2024

Milli Qəhrəman Şövqiyar Abdullayevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Milli Qəhrəman Şövqiyar Abdullayevin anadan olmasının 55-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra AzTU-nun şəhid tələbə və məzunlarının xatirəsinə həsr olunan film nümayiş olunub.

Çıxış edənlər Milli Qəhrəman Şövqiyar Abdullayevlə bağlı xatirələrini dilə gətirib, onun qısa və şərəfli döyüş yolundan danışıblar.

Xatırladaq ki, Şövqiyar Abdullayev 1992-ci il avqustun 27-də Ağdərə-Kəlbəcər istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

1993-cü il fevralın 5-də Azərbaycan Prezidentinin Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

JeTnumQ.md.jpg JeTnTkx.md.jpg JeTnRIV.md.jpg JeTn5hB.md.jpg JeTn7LP.md.jpg JeTnaB1.md.jpg JeTncEF.md.jpg JeTnlrg.md.jpg
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: