21.11.2024

Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib

Naxçıvan şəhərindəki Tunc dövrünə aid məzarlıqda aparılan son arxeoloji tədqiqatlar nəticəsində silahlarla bir yerdə dəfn edilmiş qadınların qalıqlarının olduğu qəbirlər aşkar edilib. Onların yanında iti ox ucları, tunc xəncər və gürz olub.

Veteran.az xəbər verir ki, bu barədə “The Observer”də dərc olunan məqalədə bildirilir.

Tədqiqat müəllifləri qeyd edirlər ki, qadınların qalıqlarında uzun müddət yay və oxlardan istifadənin aydın əlamətləri var ki, bu da onların döyüşlərdə fəal iştirakını göstərir. Dırnaqların deformasiyasının gərgin atış məşqləri nəticəsində yarandığı güman edilir. Bundan əlavə, sümüklərdə yəhərdə uzun müddət oturmağın əlamətləri görünüb, bu isə amazon qadınlara xas olan at sürməyi göstərir.

Arxeoloqlar belə qənaətə gəliblər ki, bunlar 4000 il əvvəl yaşamış amazon qadınlar ola bilər.

“Bu, qədim Yunanıstanın mif və əfsanələrinin arxasında həqiqətin olduğunu göstərir”, — deyə tarixçi Bettani Hyuz bildirib.

Yeri gəlmişkən qeyd edək ki, amazonların Azərbaycanda yaşamaları haqqında əsas məlumatları Strabon “Coğrafiya” əsərində verib:

“Albaniyanın yuxarı dağlarında amazonlar yaşayır. Bu yerlərlə yaxşı tanış olan Skepsiyalı Metrodor və Qipsikart iddia edirlər ki, amazonlar Qafqaz dağlarının Keravn adlanan Şimal ətəklərində Qarqarlarla qonşuluqda yaşayırlar. Amazonlar bütün vaxtlarını özləri üçün istifadə edirlər, yer şumlayır, bağçılıq, mal-qara, xüsusilə, atlara qulluq etmək kimi mühüm işlər görürlər. Amazonlar at belində ovla və hərbi təlimlə məşğul olurlar”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: