27.07.2024

Sağlamlığımızın keşiyində dayanan ağ xalatlı mələklər

Dahilər deyiblər ki, sağlam insan təbiətin ən dəyərli əsəridir. Tomas Morun da belə bir fikri var ki, sağlam olmadan xoşbəxtlik də mümkün deyil. Allahın bizə bəxş etdiyi sağlamlığımızı itirəndə həkimlərdən kömək umuruq.

Bakı şəhər, 3 nömrəli Sabunçu rayon xəstəxanasının Nevrologiya şöbəsində fəaliyyət göstərən ağ xalatlı mələklərin — həkimlərinin qayğıkeşliyi, diqqəti, gecələrini gündüzə qatıb müharibə veteranlarını sağlam həyatlarına qovuşdurmaq yolunda atdıqları hər bir addımlarını təqdir edirik.

Azərbaycan Vətən Müharibəsi Veteranları İcttimai Birliyi (AVMVİB) adından 3 nömrəli Sabunçu rayon xəstəxanasının Nevrologiya şöbəsində işləyən bütün tibbi personala hörmət və minnətdarlığımızı ifadə edirik. Allah çətin, məsuliyyətli və şərəfli işində daim onun yardımçısı olsun.

İlkin Rzaquliyev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: