Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Qabilov İsmayıl Əli oğlunun üçüncü ildönümü ilə əlaqədar yas mərasimində iştirak edilib
Şəhidin ildönümü mərasimində Millət vəkili Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Taleh Məmmədzadə, Kəlbəcər rayonunun İmamı Mirxalid Ağayev, İnzibati Ərazi Dairə üzrə Nümayəndələr, qazilərmiz, şəhidin ailə üzvləri, yaxınları iştirak ediblər.
Mərasimdə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Şəhid Qabilov İsmayılın ailə üzvləri ilə görüşlüb, Milli Məclisin deputatı Aqil Məmmədovun, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin adından dərin hüznlə baş sağlığı verilib. Bildirilib ki, Şəhid ailələri daima Ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Neçə ki, Azərbaycan dövləti var, xalqımız var şəhidlərimiz dərin ehtiramla yad edilib, onların əziz xatirələri qəlbimizdə uca tutlacaqdır.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək ehtiram və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin !