27.07.2024

Müharibə veteranları Xaqani Ədəboğlunu yad etdilər

I Qarabağ müharibəsinin qazisi, ilk döyüşcü jurnalist istedadlı qələm sahibi, türkoloq Xaqani Ədəboğlunun  (Rzaquliyev)  vəfatından 1 il ötür.

Xaqani Ədəboğlunun ildönümü münasibəti ilə ailə üzüvləri, onun yaxınları,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi,şəhər və rayon şöbələrinin sədir və müavinləri,bir necə ictimai təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, tələbə və döyüş yoldaşları iştirak edərək mərhumun məzarını ziyarət  etdilər,məzarlıqda Xəqani Ədəboğlunun xatirəsi ehtiramla yad edlib,onun məzarı üzərinə tər cicək dəstələri düzülüb və cələng qoyldu.

Ruhu şad olsun!

Xatırladaq ki,Rzaquliyev Xaqani Ədəb oğlu 1963-cü ilin noyabr ayının 9-da Ağdərə rayonunun Xatunbəyli kəndində anadan olub.1982-ci ildə Şuşa şəhərində Pedoqoji Texnikumunu, daha sonra isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Hələ BDU-da əyani oxuyarkən «Gənclik» jurnalına işə dəvət olunub (1990), sonra 1991-ci ilin oktyabrında cəbhyə yollanıb.

İstedadlı qələm sahibi Xaqani Ədəboğlu 4 kitabın və yüzlərlə elmi və publisistik məqalələrin müəllifidir. X. Ədəboğlu əsasən türkçülük və azərbaycançılıq mövzusunu elmi-tarixi aspektdə araşdırıb.

Xaqani Rzaquliyev 2022-ci illin noyabr ayının 24 -də qəflətən vəfat edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: