ƏL Bağdadi altıncı dəfə öldürülüb…
Bu dəfə onu Tramp «öldürüb».
Son 4 ildə Bağdadinin öldürülməsi ilə bağlı dəfələrlə məlumat verilib
Bağdadinin öldürülməsi xəbəri ilk dəfə 2015-ci ilin aprel ayında yayılıb.
Xəbərdə qeyd olunmuşdu ki, İŞİD lideri Mosulda hava hücumu zamanı ağır yaralanıb və ifliç keçirib daha sonra ölüb.
Onun haqqında daha sonra başqa bir xəbər isə 11 oktyabr 2015-ci ildə yayılıb. Xəbərdə İŞİD liderinin Bağdadda bombalı hücuma məruz qaldığı açıqlanmışdı, ancaq vəziyyəti ilə bağlı hər hansı bir məlumat verilməmişdi.
2015-ci il iyun ayında isə İraqın şimalında keçirilən əməliyyat zamanı Bağdadinin yenə öldürüldüyü xəbərləri yayılmışdı. Daha sonra xəbərin yalan olduğu bildirilmişdi.
3 oktyabr 2016-cı ildə Bağdadi və 3 İŞİD terrorçusunun zəhərləndiyi, ancaq ölmədikləri iddiası ortaya çıxmışdı.
18 Aprel 2017-ci ildə Bağdadinin Suriyada həbs edildiyi xəbərləri yayılsa da sonradan Rusiya XİN bu xəbərlərin yalan olduğunu açıqlamışdı.
11 İyun 2017-ci ildə Suriya dövlət televiziyası İŞİD liderinin öldürüldüyünü açıqladı. Rusiya mediasıda bu xəbəri təsdiqləyərək Rus ordusunun Raqqa şəhərində keçirdiyi əməliyyat nəticəsində Bağdadinin öldürüldüyünü yazdı. Lakin çox keçmədən bu xəbər də yalanlandı.
İyul ayının sonlarında isə Rusiya rəsmiləri və İranın dini lideri Xamneyi Bağdadinin öldürüldüyünü açıqlamışdı. Yəni Əl Bağdadini Putin və Xamneyi «öldürmüşdü».
11 İyulda İraq xəbər agentliyi «Al Sumaria» İŞİD içində Bağdadinin öldürüldüyü xəbərinin gəzdiyini bildirmişdi.
İndiki xəbəri anons edən Tramp əlavə informasiya verməyib. Alınan xəbərlərdə onu arvadlarından biri satdığı və meyidin ABŞ xüsusi təyinatlıları tərəfindən götürüldüyü deyilir.