15.10.2024

ABŞ-da keçirilən festivalda Azərbaycan da təmsil olunmuşdur

Hər il Amerika Birləşmiş Ştatlarında açıq səma altında «Dünya xalqlarının mədəniyyəti» adlı mədəni-kütləvi festival təşkil olunur. Festivalın unikallığı, kütləviliyi və əhatə coğrafiyası o qədər böyükdür ki, burada hər il orta hesabla dünyanın müxtəlif ölkələrindən 1,5 milyon insan iştirak edir, öz mədəni müxtəlifliyini nümayiş etdirir. Buna görə də, bu festivalın əhəmiyyəti dünya xalqlarının multikultural dəyərlərinin mübadiləsi və mədəniyyətinin təbliği baxımından olduqca böyükdür.

Ənənəvi festival bu il də okyabrın 1-də Amerika Birləşmiş Ştatlarının paytaxtında — Kolumbiya dairəsinin Vaşinqton şəhərində hind yoqa qurusu, Nobel mükafatına namizəd Şri Şri Ravi Şankarın təşəbbüsü ilə təşkil olunmuşdur. Dünyanın 170 ölkəsindən festivalda təmsil olunan ölkələr arasında Azərbaycan da olmuşdur. Azərbaycan Respublikasını Vaşinqton şəhərində keçirilən «Dünya xalqlarının mədəniyyəti» festivalında Bakı Slavyan Universitetinin Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Elşanə xanım Ağasiyeva təmsil etmişdir.

Təmsil olunduğu ölkələrin milli geyimlərində festivala qatılan iştirakçılar arasında ölkəmizi Azərbaycanın milli geyimində tanıdan Elşanə Ağasiyeva eyni zamanda yoqa üzrə ustad təlimlər təşkil edərək festival iştirakçılarının böyük marağına səbəb olmuş, yoqa müəllimləri arasında mükafatçılardan biri olmuşdur.

Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: