21.11.2024

Əlilliyə əsas verən meyarların sayı artırıldı

Dəyişikliklə bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizi artırılıb, bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması müddəti artırılıb və ya “müddətsiz” olaraq qeyd olunub.

Həmçinin 18 yaşadək birinci tip şəkər xəstəsi uşaqlarda ağırlaşmalarla bağlı tələb, əqli geriliyi olan 8 yaşadək uşaqlarda IQ test tələbi aradan qaldırılıb.

Xromosom anomaliyalı xəstəliklər üzrə orqanizmin funksiyalarının pozulma faizinin minimum həddi artırılaraq 65% və daha yüksək olaraq müəyyənləşdirilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: