21.11.2024

İyun ayının pensiya ödənişi yekunlaşdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyun ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirlikdən “Veteran.az”a verilən xəbərə görə, iyunun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin iyun ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: