08.09.2024

Laçın sərhəd-keçid məntəqəsi atəşə tutuldu — Hərbçimiz yaralanıb

Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Laçın sərhəd-keçid məntəqəsi istiqamətində avtomat silahdan atəş açılıb. 

“Veteran.az” xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Məlumata görə, atəş erməni postundan üzbəüz, məhz Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.

Ermənilərin atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. Onun vəziyyəti stabil qiymətləndirilir, bütün lazımi tibbi yardım göstərilir.

Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atəşdən sonra erməni hərbçiləri postlarını tərk ediblər.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: