27.07.2024

Şərəfli ömür yolu: Suleyman Nuriyev-71

Daxili işlər Nazirliyi  Daxili Qoşunların  həyatında öz dəst-xətti olan, yüksək  peşəkarlığı, dərin zəkası, vətənpərvərliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi və insanpərvərliyi ilə secilən ömrünün ən məhsuldar dövrünün 29 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirən Veteranmız — istefada olan mayor Nuruyev Süleyman  Ağaqasım oğlunun iyun ayının  3-də 71 yaşı tamam olur.

Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ çıxan “Azərbaycan Respubilkası Silahlı Qüvvələri və Müharibə Veteranı” istefada olan Mayor Nuriyev Suleyman Ağaqasım oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, DİN-in Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda ona  insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzu edib deyirlər, Suleyman qoy  hər yeni yaşnız sizə sevincdolu illər bəxş etsin, hər yeni günü isə  onu istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin. Nuriyev Suleyman Ağaqasım oğlu  1952- ci illin  iyun ayının  3-də Bakı şəhərində zəhmətkeş  ailədə  anadan olub.

O, Bakı şəhəirində Bülbül adına xüsusi orta  müsiqi məktəbini,  İncəsənət Dil və Ədəbiyyat institutunu, Tiflis şəhərində isə  DİN- in Daxili Qoşunların  Gizirlər məktəbini bitirib.

1974 – 1976- cı illərdə Süleyman Nuriyev  SSRİ Daxili işlər Nazirliyi Daxili Qoşunların  UFA- da ( Başqırstanda) yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətə olub. 1977-1991  cü illərdə SSRİ Daxili işlər Nazirliyi Daxili Qoşunların Tiflis və Bakı şəhərində yerləşən divizyalarının Bakı şəhər Nizami rayonunda yerləşən konvoy- mühafizə alayında  nəzarətçi və məxfi hissə rəisi vəzifələrində işləyib.

1992 — 2003-cü illərdə  Daxili Qoşunların Bas İdarəsinin  Kadırlar şöbəsində bölmə rəisi vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib.

Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , mühafizə  olunan mühüm dövlət obyektlərinin,islah-əmək müəssisələrin mühafizə olunmasında,daxili işlər orqanları ilə ilə birlikdə şəhərlərdə,yaşayış məntəqələrində (kütləvi tədbirlərin  keçirilmə yerlərində)patrul-post xidməti vasitəsi  ilə ictimai asayişin qorumasında və ictimai təhlükəsizliyin təmin olunmasında,   yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində)  kütləvi  iğtişaşların qarşlsının alınmasında,cinayətkarlığa qarşı mübarizədə,  axtarışda olan  şəxslərin axtarılmasında və  zərərsizləşdirilməsində, fövqəladə hallar   zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların,bədbəxt hadisələrin yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Azərbaycan Ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə, Zəngilan və Füzuli rayonları istiqamətində gedən  döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Zəngilan uğrunda gedən döyüşlərdə azğın düşmənə layiqli zərbə vurulmasında daim öndə olmuşdur. Müharibə veteranıdır.

Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, hərbi andın, hərbi və  daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bur cox hərbi qulluqculara şəxsi  nümunə olmuşdur.Bir çox təlim- metodiki- toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi — taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  Daxili Qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq edib.

Hərbi və döyüşcü yoldaşları onu  vətənpərvər, qoruxmaz, saxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost — tanış, qohum — əqraba  arasında özünə böyük hörmət qazanıb.

Öz  xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai-sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək  göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili işlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə  əla xidmətlərə görə əlacı  döş və yubiuley nisanları ilə, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

 1.”Azəebaycan Respubilkası Silahlı Qüvvələr Veteranı” medalı ilə;

2.”SSRİ Silahlı Qüvvələrinin yaranmasının 70- illiyi ( 1918- 1988)” yubiley medalı ilə;

  3.”Azərbaycan RespubilkasSilahlı Qüvvələrinin yaranmasının 10 illiyi ( 1991- 2001) yubiley  medalı ilə;

 4.”Qüsursuz xidmətə görə” 1 -ci  dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ilu xidmətə görə;

5.“Qüsursuz  Xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə,

5.”Qüsursuz xidmətə görə”  3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN SÜLEYMAN:
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin hüquq işlər üzrə müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: