29.02.2024

İdarə rəhbəri: «Azərbaycan Türkiyədən “Kaan” milli döyüş təyyarəsi almaq istəyir»

«Türkiyə Azərbaycan və Pakistanla «Hürkuş” təlim-məşq təyyarələri ilə bağlı müzakirələr aparır”.
Veteran.az xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir «TGRT Haber”ə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə «Hürkuş”larla bağlı daha çox dost və qardaş ölkələrlə əməkdaşlığa üstünlük verir: «Əlbəttə, ölkədən daha çox, həmin dövlətlərin məsələyə münasibəti, səmimiliyi bizim üçün maraqlıdır. Eyni zamanda həmin ölkələr «Kaan” milli döyüş təyyarəsi ilə bağlı layihələrə də ortaq olmaq və almaq istəyirlər».
Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, «Hürkuş” təyyarələri dost və qardaş ölkələrə də ixrac ediləcək.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: