Prezidentimiz Zəngilanda
![](https://veteran.az/wp-content/uploads/2023/05/prezident-300x188.jpg)
Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan rayonuna səfər edib.
“Veteran.az” xəbər verir ki, dövlət başçısı Zəngilan şəhərində Konqres Mərkəzinin tikintisi ilə tanış olub, inzibati binanın təməlini qoyub.
İlham Əliyev, eyni zamanda “Azərenerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, otel kompleksinin, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub.
![](https://qafqazinfo.az/uploads/1683193915/1.jpg)
![](https://qafqazinfo.az/uploads/1683193915/2.jpg)