14.12.2024

81 il əvvəl batırılan gəmi 1060 nəfərin qalıqları ilə birgə tapıldı

Filippin sahillərində İkinci Dünya Müharibəsi zamanı ABŞ donanması tərəfindən batırılan Yaponiyanın “Montevideo Maru” gəmisi tapılıb. 

“Veteran.az” xəbər verir ki, bu barədə məlumatı Avstraliyanın Baş naziri Entoni Albanaze öz tviter hesabında açıqlayıb. 

Onun sözlərinə görə, gəminin göyərtəsində olan 1060 nəfərin qalıqları da aşkar olunub. Onlardan 850 nəfəri avstraliyalı hərbçilər olub. 

Qeyd edək ki, “Montevideo Maru” gəmisi 1942-ci il iyulun 1-i ABŞ-yə məxsus sualtı qayıq vasitəsilə batırılıb. Bu hadisə Avstraliya tarixində ən böyük dəniz fəlakəti hesab olunur.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: