29.02.2024

Quql süni intellekt xüsusiyyətlərindən istifadə edəcək

«Google» şirkəti axtarış sisteminə yeni süni intellekt xüsusiyyətləri əlavə edəcək.

“Veteran.az” xarici KİV-ə istinadən xəbər verir ki, Quql 2022-ci ilin may ayından bu xüsusiyyətlər üzərində işləyir.

Yeni funksiyalar sayəsində sorğu əsasında kod yazmaq, proqram təminatı ilə bağlı sorğulara cavab vermək və çatbot ilə söhbət vasitəsilə musiqi axtarışını həyata keçirmək mümkün olacaq. 

İlkin mərhələdə 1 milyona yaxın insanın yeni funksiyalardan istifadə edə biləcəyi bildirilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: