15.10.2024

Xaqani Ədəboğlunu veteranlar bayramqabağı yad etdilər

Hər il Xaqani Ədəboğlu böyüklü-kiçikli tanıdığı hər kəsi, o cümlədən veteranları, şəhid ailələrinin üzvlərini, qaziləri təbrik etmək üçün onlara zəng edərdi. Hər birimizi ayrılıqda yad edər, ruzi-bərəkət, xeyirxahlıq, xoşbəxtlik arzu edərdi. Bu Bahar bayramında isə o heç kimə zəng edə bilmədi. Haqq dünyada olan Xaqani müəllimi bu dəfə təbrik etmək istəyənlər onun məzarı başına yollandı. Onu orada təbrik etdi. Allahdan rəhmət dilədilər, xatirəsini əziz tutdular.

Xaqani Ədəboğlu həm ictimai xadim kimi, həm də el-oba ağsaqqalı kimi daim düzgün yol göstərən, millətinin, xalqının hər bir övladına bacardığı köməyi əsirgəməyən yardımsevər bir dost olmuşdur və bu gün onun xeyirxah əməllərini unutmayan insanlar mənəvi borc hiss edərək onunla məzarı başında bayramlaşırlar, onun əziz xatirəsini bu gün də yad edirlər, əməlisaleh Xaqani Ədəboğlunun xatirəsini daim yad etməklə ruhunu şad edirlər.

Xaqani Ədəboğlunu həm yaxından, həm də uzaqdan tanıyan insanlar onun keşməkeşli, lakin şərəfli ömür yolu, döyüş yolu, ictimai fəaliyyəti ilə yanaşı, həm də müsbət insani keyfiyyətlərinə görə də onu unutmayacaq. Belə insanlar ölməz, əbədi yaşayarlar.

Ruhun şad olsun, ustad! Bayramın mübarək!

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: