21.11.2024

Su ehtiyatlarına görə dünyada 140-cı yerdəyik — Nazir müavini

Təəssüf ki, iqlim dəyişiklikləri Azərbaycandan da yan keçməyib.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov «Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət» mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycan məhdud su resurslarına malik coğrafiyada yaşayır: “70 faizə yaxın suyumuz transsərhəd çaylar hesabına təmin olunur. Adambaşına düşən suyun həcminə görə, ölkəmiz ilk yüzlükdə 90-cı yerdə qərarlaşıb. Su ehtiyatları baxımından isə dünyada 140-cı yerdəyik».

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: