24.05.2024

Erməni təxribatı: şəhidlərimizin adı açıqlandı — MN

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Veteran.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi, həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev birliyin üzvləri adından şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Allah rəhmət eləsin!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: