Amerika hərbçiləri qoyub qaçdıqları bazalarında ruslara söyüş yazdılar…-FOTOLAR+VİDEO
Rusiya jurnalistləri Suriyanın Menbiç şəhəri yaxınlığında tərk edilmiş ABŞ hərbi bazasına baş çəkiblər.
Moderator.az xəbər verir ki, bu haqda video-reportajı “Zvezda” telekanalı yayımlayıb. Xüsusi təyinatlı elit dəstəyə aid olduqları bildirilən Amerika hərbçiləri bazadan silah, döyüş sursatlarını çıxarıb və texnikaları təxliyə edib. Müxbirin sözlərinə görə, amerikanlar bazanın hər tərəfində ruslara mesajlar buraxıblar. Müxtəlif yazılar arasında söyüşlər də var…
Jurnalist ABŞ ordusunun səs izolyasiyası və kodlu kilidlə ilə qorunan komandanlıq mərkəzini də göstərib.
«Bu otağın içərisində sındırılmış monitorlar və ofis avadanlığı var. Yəqin ki, Amerika hərbçiləri özləri bəzi sirləri qorumaq üçün belə ediblər» -deyə müxbir bildirib.
Bazada müxtəlif avadanlıqlar, xüsusən rabitə qüllələri və transformator kabinələri, eləcə də müxtəlif quru qidalar tərk edilmiş vəziyyətdə qalıb. Amerika hərbçiləri hətta dövlət bayraqlarını, şəxsi heyət haqqında müxtəlif məlumatları, özəl əşyalarını, pul kartlarını, döyüş təlimatlarını və s. qoyub gediblər. Baza artıq Suriya ordusunun tam nəzarəti altındadır.
Xatırladaq ki, ABŞ hərbi qüvvələri buranı tərk etdikdən sonra Menbic şəhəri 15 oktyabrda rəsmi Dəməşqin nəzarəti altına keçib.
Bir qədər öncə isə Amerika hərbçilərinin tərk etdikləri hərbi nəqliyyat təyyarələri və helikopterlər üçün nəzərdə tutulmuş Əl-Kulayb bazasını bombalaması haqda da informasiyalar yayılıb.
Sultan Laçın