01.07.2025

Azərbaycan dünyanın ən güclü orduları reytinqində neçənci yerdədir — “Global Firepower” açıqladı

Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malikdir. Trend xəbər verir ki, “Global Firepower” portalının beynəlxalq reytinqinə əsasən, Azərbaycan 2023-cü ildə hərbi gücə görə 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan 85-ci, Ermənistan isə 94-cü yerdədir.

Reytinq tərtib edilərkən silah sənayesinin inkişafı, maliyyə vəziyyəti və maddi-texniki imkanlar kimi aspektlər nəzərə alınıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: