01.07.2025

Ərdoğandan möhtəşəm sözlər

Bölgəmizdə və dünyamızda istədikləri kimi at oynada biləcəklərini düşünənlər bu işin o qədər də asan olmadığını artıq qəbul etməlidirlər.

Cumhurbağqanı Rəcəb Tayyib Ərdoğan Kayseri vilayətinə səfəri zamanı möhtəşəm sözlər deyib:

“Türk milləti bu gün də müstəqilliyi və gələcəyi üçün lazım olsa, bütün dünyanı qarşısına ala biləcəyini bir daha sübut etmişdir. Kimsə bayrağımıza, azanımıza, torpağımıza hücum etməyi ağlından belə keçirməyəcək. Hətta yan gözlə baxa bilməyəcək. Bu şərti qəbul edən hər kəslə yaşayırıq. Bölgəmizdə və dünyada istədikləri kimi at oynada biləcəyini düşünənlər bunun asan olmadığını qəbul etməlidirlər. İnşallah, son hadisələr bütün dünya üçün bir dönüş nöqtəsi olacaq. Türkiyə dinclik və ədalət üçün nümunə olacaq”, — Türkiyə prezidenti bildirib.

Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: