21.11.2024

Prezident təsdiqlədi! — Yanvarın 1-dən bu şəxslər əlavə pul alacaqlar

Azərbaycanda miqrasiya orqanlarının işçiləri hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Fedai.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Sənədə əsasən, Əsasnamənin 80-ci maddə aşağıdakı redaksiyada verilib: Miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlərinin tibbi təminatı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Əsasnamənin 81-ci maddəsi ləğv edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: