21.11.2024

Avanesov azərbaycanlıları TƏHQİR EDİB: «Laçın dəhlizindəki aksiyanı…»

“Laçın dəhlizindəki aksiyanı su şırnaqları ilə dağıtmaq lazımdır”.

Veteran.az xəbər verir ki, bunu dekabrın 20-də İrəvan Ağsaqqallar Şurasının növbədənkənar iclasında şəhər Ağsaqqallar Şurasının üzvü Ernest Avanesov deyib.

O, azərbaycanlıları təhqir edib və aksiyanı su şırnaqları ilə dağıtmağı təklif edib.

Bu axmağın ağlı 30 il bundan əvvələ gedib. Yoxsa o, bu cür çərənləmələr etməzdi. Dinc aksiya iştirakçılarını, ekoloqları öz torpaqlarından qovmaq fikri, xüsusən də su şırnaqları vasitəsilə Azərbaycan tərəfini təxribata çəkməkdir.

Azərbaycanlılar 30 il səbr edib, dözüb  (əslində səbrsizliklə) bu günü gözləyib. Hər biri doğma torpaqlara qayıtmaq, rahat nəfəs alıb, rahat yaşamaq üçün illərini verib. Kimisi bu dünyadan torpaq həsrəti ilə köçüb, qalanları da nisgilini dağıtmaq üçün doğma yerlərə getmək istəyir, orada yenidən yaşamaq istəyir.

İndi bir erməni dığası gəlib bizi torpağımızdan qovmaq, özü də elə-belə yox, su şırnaqları ilə qovmaq təklif edib.

Siz kimsiniz ki, bizə qarşı nə isə etməyə cürət edəsiniz, bizə harada olmağı, harada dayanmağı göstərəsiniz, bizi qovmaq istəyəsiniz?!

Siz sizin olmayan torpaqlarda illərlə at oynatdınız, istismar etdiniz, dağıtdınız, məhv etdiniz, havadarlarınız sizə gözünüz üstə qaşınız var demədi. İndi nə hay-haray salmısınız?

Laçın dəhlizinə şəkil çəkdirib, lent kəsmək istəyirsiniz. Çəkdirəcəksiniz, lent də kəsəcəksiniz, amma yuxularınızda, yaxud Azərbaycan Ordusunun nəzarəti altında.konkret

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: