21.11.2024

Şəhidlərin ailə üzvlərinin əməkhaqqı gəlirlərinə vergi güzəşti veriləcək

Şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının, (ərlərinin) və övladlarının əməkhaqqı gəlirləri ilə bağlı 800 manat məbləğində vergi güzəşti veriləcək.

Veteran.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.(apa)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: