27.07.2024

Şəhid Cavad İbadovun xatirəsi yad edildi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Masallı rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Samir Əkbərov məlumat verdi ki, Cavad Cabir oğlu İbadovun 44 günlük Vətən Müharibəsində şəhid olmasının ikinci ildönümü ilə bağlı Masalı. Şəhər 4 nömrəli məktəbdə və şəhidlər xiyabanında tədbir keçirilib. Tədbirdə DİN-in Daxili Qoşunların “N» saylı hərbi hissələrində şəhid Cavad Cabir oğlu İadovla birlikdə xidmət etmiş hərbi qulluqçuları, Masallı şəhər 4 nömrəli tam orta məktəbin rəhbərliyi, müəllim və şagirdləri, Masalı rayonun şəhid ailələri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Maşalı rayon şöbəsinin üzvləri, şəhidin yaxınları irak edib. Əvəlcədən tədbir iştirakcıları Şəhid Cavad İbadovun məzarına Əklil və mərasim gül qərənfiləri qoydular. Tədbir Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad ediliməsi və Azərbaycan Dövlət Himnin ifa edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər onun həyat və fəaliyyətinindən, Xüsusi təyinatlı Dəstədə hərbi xidmətindən 44 günlük Vətən Müharibəsində isə onun qəhrəmanlığından danışdılar.Masalı şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri Şəhid Cavad Cabir oğlu İbadova bəslədiyləri çətirlərlə cıxış etdilər. Şəhid Cavad Cabir oğlu Ibadov 1996 – cı ildə dekabr ayının 10 – da Masallı şəhərində zəhmətkeş ailədə dünyaya göz açıb.O, 2013–cü Maşalı şəhərində 4 nömrəli Sakit Tağıyev adına Digah tam orta məktəbini bitirib. 2014– cü ildə Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətə olub. Hərbi Xidmətdən ehtiyatda buraxldıqdan sonra, DİN-in Daxili Qoşunların “N» saylı hərbi hissələrinin Xüsusi Təyinatlı Dəstələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb.

Cavad Cabir oğlu İbadov 27 sentyabr 2020 ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad olunması uğrunda qəhrəmancasına şəhid olub. Şəhid İbadov Cavad Cabir oğlunun əşi 29 noyabr 2020 -ci il tarixdə Masallı şəhər qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Azərbaycan Respublikasının Prezıdentının 15 dekabr 2020–cü il tarixli Sərəncamına əsasən, Maşalı şəhidi İbadov Cavad Cabir oğlu “Vətən Uğrunda“ medalı ilə təltif edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: