27.07.2024

Paşinyan yarımçıq qoyulmuş «nöqtəsindən» danışıb

Ermənistan baş naziri Nikol Paşinyan vaxtilə niyə “Qarabağ Ermənistandır və nöqtə» deməyinin səsəbini açıqlayıb.
 

Nikol Paşinyan İctimai TV-yə müsahibəsində ona qarşı irəli sürülən ən böyük ittihama toxunub.


“Bunu niyə dedim? Mən ondan çıxış etdim ki, Ermənistan Respublikası Müstəqillik bəyannaməsini qəbul edib və bu, orada yazılıb. O, başqa məsələdir ki, sonradan məlum oldu ki, 2020-ci ildə hamı bunu unudub və Müstəqillik bəyannaməsinə əsaslanan bəyanat bütün əvvəlki hakimiyyətlər tərəfindən tənqid olunur”, — Paşinyan qeyd edib.


Baş nazir belə qənaətə gəlib ki, Ermənistanın yeni nəzəri bazaya ehtiyacı var, çünki bəyannamənin qəbulundan az sonra bu nəzəriyyəyə qarşı iş aparılır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: