27.07.2024

Şəhid Səbuhi Əhmədovun 40 mərasimi keçirilib

Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin üzvləri 44 günlük Vətən müharibəsində şəhid olmuş Səbuhi Əhmədovun 40 mərasimində iştirak ediblər.

Bu barədə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müşaviri Hamlet Gülməmmədov məlumat verib.

Mərasimdə ictimaiyyət nümayəndələri, şəhid ailələri və müharibə veteranları iştirak ediblər.

Allah rəhmət eləsin!

Nurlan

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: