21.11.2024

Ermənilərin hərbi cinayətləri barədə sübutlar Ermənistana təqdim olundu

Azərbaycan tərəfinin ermənilərin hərbi cinayətlərinin sübutu kimi təqdim etdiyi videomateriallar Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar vasitəsilə Ermənistan ombudsmanına ötürülüb.


Bunu oktyabrın 20-də jurnalistlərə müsahibəsində Ermənistan ombudsmanı Kristine Qriqoryan deyib.


Onun sözlərinə görə, bütün bunlar 2020-ci ilə aiddir: «Hüquqi qiymət vermək üçün onları Baş Prokurorluğa göndərmişəm. Mən reaksiya gözləyirəm».

Mənbə: Qaynarinfo

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: