27.07.2024

İranın İrəvana gedən naziri Azərbaycanı HƏDƏLƏDİ

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian çərşənbə günü bildirib ki, bir sıra xarici şəxslər və rəsmi qurumların adları İran Xarici İşlər Nazirliyinin “qara siyahı”sına salınacaq.

Qlobal.net xəbər verir ki, nazirin sözlərinə görə, sanksiya tətbiq edilən şəxslər və qurumların “qara siyahı”sı tezliklə açıqlanacaq.

Birtərəfli sanksiyaların insan hüquqlarını pozmaq üçün müasir alətə çevrildiyini deyən Əmir Abdollahian “xaos və terror ardınca gedən bəzi ölkələr”in bu hərəkətini pisləyib, deyib ki, onlar bu yaxınlarda İranda dünyasını dəyişən gənc xanım üçün timsah göz yaşları töküblər.

İranın xarici işlər naziri qeyd edib ki, ölkəsinə qarşı bu cür sanksiyaların tətbiqi prosesində iştirak edən rəsmilər və qurumlar Xarici İşlər Nazirliyi tərəfindən “terrorçu qruplar” hesab olunacaq.

Hüseyn Əmir Abdollahian deyib ki, İran Ermənistanla əlaqəsinin kəsilməsinə imkan verməyəcək. Bununla o, «Zəngəzur dəhlizi»nin açılmasına qarşı olduqlarını bir daha dilə gətirməklə Azərbaycanı təhdid edib.

Nazirin sözlərinə görə, bu məqsədə çatmaq üçün İran İslam Respublikası bölgədə (Azərbaycan və Ermənistan sərhəddi yaxınlığında-red.) hərbi təlimlər keçirir.

Elə bu gün ermənilərin fars qardaşı Hüseyn Əmir Abdullahian Ermənistana səfər edəcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər bu gün baş tutacaq.

Səfər zamanı iranlı nazir Ermənistan XİN başçısı Ararat Mirzoyan, Baş nazir Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyanla görüşəcək.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: