27.07.2024

ABŞ-da Ərdoğan qorxusu

ABŞ Nümayəndələr Palatasının üzvü Frank Pallone Türkiyənin Egey və Şərqi Aralıq dənizindəki mövqeyini və qardaş ölkənin döyüş təyyarələrinin üstünlüyünü görməzlikdən gəlib.

Teleqraf.com xəbər verir ki, konqresmen fikirlərini Tvitter hesabında açıqlayıb.

O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanı hərbi əməliyyatla təhdid edərkən, ABŞ boş dayana bilməz:

«Buna görə də Türkiyəyə F-16-ların satışını dayandırmalıyıq. Ərdoğana etibar etmək olmaz. O, bu təyyarələrdən NATO-nun digər üzvlərinə də qarşı istifadə edə bilər».

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: