21.11.2024

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi olub — 108 ukraynalı qadın təhvil verilib

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.

APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, 110 nəfər Rusiyaya, 108 nəfər Ukraynaya qaytarılıb.

“Danışıqlar prosesi nəticəsində Kiyev rejiminin nəzarətində olan ərazidən 72 nəfər mülki dənizçi olmaqla 110 Rusiya vətəndaşı geri qaytarılıb.

108 ukraynalı qadın hərbçi Ukrayna tərəfinə təhvil verilib. Mübadilədən əvvəl iki ukraynalı qadın Ukraynaya qayıtmaqdan imtina edərək könüllü olaraq Rusiya Federasiyasında qalmaq istəyiblər”, — deyə məlumatda qeyd olunub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: