Astanada MDB liderlərinin müzakirə edəcəyi mövzular AÇIQLANDI
Qazaxıstanın Astana şəhərində keçirilən MDB Dövlət Başçıları Sammitində müzakirə olunacaq məsələlər açıqlanıb.
Bu barədə sammitin açılışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
Onun sözlərinə görə, MDB liderləri sammitdə humanitar əməkdaşlıq və təhlükəsizliyin təmin olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.