15.10.2024

Agentliyin dəstəyilə “Açıq Hökumətin Təşviqi“ üzrə maarifləndirmə işləri regionlarda davam etdirilir

Gənclərin icma ziyalıları vasitəsilə “ Açıq Hökumətin Təşviqi “ üzrə  maarifləndirilməsi”  layihəsi çərçivəsində 26 sentyabr 2022-ci il tarixdə Quba rayonunun 2-ci Nügədi kəndində «Elektron hökumət portalları üzrə əhaliyə göstərilən xidmətlərin sosial-iqtisadi əhəmiyyəti” mövzusunda təlim keçirilib.

Təlimdə 22 nəfər iştirak edirdi.Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə bu layihə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra olunmasında ictimai nəzarətin gücləndirilməsi istiqamətində gənclərin iştirakçılığının genişləndirilməsi üçün ziyalıların potensialından istifadəni nəzərdə tutur. Alpan, Rustov və 2-ci Nügədi kəndlərində ziyalılardan  ibarət yaradılmış icma qrupları, layihənin davamlığını təmin etmək üçün yerlərdə könüllu olaraq gənclərlə mütəmadi  maarifləndirmə işləri aparacaqlar. 

Layihə koordinatoru Fərrux  Əsgərov ilk öncə Azərbaycan Respublikasının   Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihənin məqsədi barədə geniş və ətraflı məlumat verdi. Sonra Açıq Hökumət Portalının  əhəmiyyəti, onun vətəndaşların dövlət qurumları ilə qarşılıqlı münasibətlərində yaratdığı geniş imkanlar barədə danışdı. Eyni zamanda Elektron Hökumət portalında qeydiyyat və portaldan istifadə qaydaları barədə təlim iştirakçılarını məlumatlandırdı. Koordinator Elektron Hökumət portalında vətəndaşlara xidmət göstərən bir sıra qurumlar və onların göstərdiyi elektron xidmətlər barədə geniş məlumat verib. Azərbaycan Respublikası  Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi  Elektron Xidmətlər Reyestri vətəndaşlar üçün yaratdığı rahatlıq, vaxta qənaət və bu kimi digər üstünlüklərini iştirakçıların diqqətinə çatdırıb. 

Portalda hal-hazırda 500 dən çox müxtəlif xidmət növləri vətəndaşların istifadəsinə verilmisindən və bu xidmətlər müxtəlif dövlət və hökumət qurumları tərfindən təqdim edildiyini bildirdi. Belə ki, Vergilər Nazirliyi 65,Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi 39,Əmlak Məsələləri Dövlət Komitəsi 35, Səhiyyə Nazirliyi 31,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 27,Ədliyyə Nazirliyi26, Kənd Təsərrufatı Nazirliyi 22,Dövlət İmtahan Mərkəzi 21 xidmət növü ilə portalda vətəndaşlara xidmət göstərilməsindən və bundan əlavə vətəndaşlar portalda Mənzil İnşaatı Dövlət Agentliyi,Əmanətlərin Sığortalanması Fondu,Mədəniyyət və Turzim Nazirliyi,Dövlət Miqrasiya Xidməti,Əqli Mülkiyyət Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi,»Azərsu»ASC,Azərişıq ASC və digər qurumların xidmətlərindən istifadə etdiyi haqqında geniş məlumat verdi..Bundan əlavə vətəndaşlar bir sıra dövlət ödənişlərini də portal vasitəsilə həyata keçirilməsindən danışdı. Portalda olan xidmətlərin sayı da mütəmadi olaraq günü-gündən artırıldığını bildirdi.

 Təlimçi Nizami Musayev geniş çıxış edərək  Elektron Hökumət portalından istifadə qaydalarını slayd vasitəsi ilə təlimçilərə əyani şəkildə göstərdi.Onu da qeyd etdi ki, ölkəmizdə “Elektron Hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslandığı və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyəti üçün hüquqi baza yaradılmasından danışdı və  60 nəfərdən ibarət yaradılmış icma ziyalıları yerlərdə Elektron Hökumət portalından istifadə qaydalarını layihənin davamlığını təmin etmək məqsədi ilə könüllü olaraq yerlərdə maarifləndirmə işlərinin aparacaqlarını bildirdi.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərməsindən və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət təlim iştirakçıları tərəfindən yüksək qiymətləndirdi.   “Elektron Hökumət” portalı hazırlanaraq vətəndaşların  istifadəsinə verilməsi  və bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsinə və   “Elektron Hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə haqqında ətraflı məlumat verdi.

Tədbirdə icma ziyalıları vasitəsi ilə yerlərdə layihənin könüllü davam etdirilməsini təlim iştirakçıları yüksək qiymətləndirdilər. 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: