21.11.2024

TƏBRİK: MAYOR CƏLİLOV VAHID ARİF ÖĞLU — 49

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Rəhbərliyi ehtiyatda olan mayor Cəlilov Vahid Arif oğlunu doğum günü munasbətilə təbrik edir,ona həyatda insan üçün ən şirin neymət olan möhkəm can sağlığı və həyat yolarında bitib — tükənməyən nailiyyətlər arzulayır, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

    Vahidin  yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

    Müharibə veteranı, ehtiyatda olan mayor Cəlilov Vahid Arif oğlu 26 sentyabr 1973-cü ildə Ucar rayonunda ziyalı ailəsində  anadan olub.

    O,1980-ci ildə Ucar rayonunda yerləşən  2 (iki) nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 1990-ci ildə orta məktəbi bitirdikdən sonra Mingəçevir şəhərində yerləşən avtomobil texnikomuna daxil olmuş, 1991 -ci ildə həmin texnikomu bitirmişdir.

      Vahıd Cəlilov  1998-ci ilin iyul ayında Daxili İşlər Nazirliyinin Polis Akademiyasını və Daxılı Qoşunların Baş  İdarəsini Xəzər rayonunda yerləşən məktəbdə zabitlərin ixtisas artırma kursunu bitrib.

      O, 1992-ci ilin aprel ayından 2014 -cü ilin dekabr ayına kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Nərmanov, Ağdam, Füzuli,  Xəzər, Xətai və Binəqədi rayonlarında yerləşən hərbi hissələrdə  müdddətli həqiqi hərbi xidmətdə  əsgər, bölük komandirinin müavini, böluk komandiri, hərbi hissənin qərargah rəisinin xidmət üzrə  köməkçisi,Tabor komandirinin müavini- qərargah rəisi, Xüsusi vasitələrin tətbiqi üzrə   Dəstə komandirinin müavini və tabor komandiinin tərbiyəvi işlər üzrə müavini vəzifələrində xidmət edib.

Ehtiyyatda olan mayor Vahid Cəlilov Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, fövqaladə vəziyyətin təmin edilməsində üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu  təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümnə olmuşdur.

      O, peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə, sadəliyi və səmimiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə  seçilən ömrünün  ən məhsuldar dövrünün 22 ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinidə və təhsil aldığı Polis akademiyasında keçirərək Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

     Vahid Cəlilov 1992 -1994 — cü illərdə Azərbaycan Respublikasının Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə və xüsusi əməliyyatlarda iştirak edərək üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

       Daxili qosunların Bas İdarəsinin hərbi hissələrində xidmət etdiyi illər ərzində xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, onun müavinlərinin, təhsil aldığı təhsil müəssisələrinin rəislərinin və hərbi hissələrinin vəzifəli şəxslərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları döş və yubiley nişanları ilə, fəxri fərmanlarla, pul mükafatları ilə, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     O, xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Silahlı Qüvvələrinin yaranmasının 10-illik, 90-illik və 95 illik yubiley, qüsursuz xidmətlərə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif edilib.

 DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, VAHİD BƏY! 

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.

ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!

 Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyi (AVMVİB) sədrinin hüquq məsələlər üzrə müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: