Ərdoğan Bosniya və Herseqovinada səfərdədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan regionu ölkələrinə səfəri çərçivəsində Bosniya və Herseqovinaya gedib.
Türkiyə Prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç tərəfindən Prezident Sarayında rəsmi mərasimlə qarşılanıb.
Rəsmi qarşılanma mərasimindən sonra Rəcəb Tayyib Ərdoğan və Şefik Caferoviçin təkbətək görüşü olub.
Görüşdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Milorad Dodik də iştirak ediblər.
Qeyd edək ki, Türkiyə Prezidenti region ölkələrindən Serbiya və Xorvatiyaya da səfər edəcək.