Putin İrəvana səfər edəcək
Rusiya Prezidenti Vladimir Putin İrəvana səfər etməyə hazırlaşır.
Bununla bağlı Rusiya xarici işlər naziri Sergey Lavrov və erməni həmkarı Ararat Mirzoyan arasında Moskvada baş tutan görüşdə müzakirə aparılıb.
Tərəflər həmçinin KTMT-nin İrəvanda baş tutacaq iclası ilə bağlı da fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, erməni nazir Moskvada səfərdədir.