01.07.2025

Vardanyan: «Ölkədəki xainlərə qarşı birləşməliyik»

«Bu gün dövlət quruculuğu bu anti-erməni hakimiyyətin aradan qaldırılmasından başlamalıdır».

Bunu Ermənistan parlamentinin deputatı, “Hayastan” fraksiyasının deputatı Kristina Vardanyan İrəvandakı»Fransa meydanı»nda hazırkı baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən mitinqdə deyib.

Kristina Vardanyan bildirib ki, Ermənistan dövlətçiliyi hazırda özünün ən çətin dönəmini başlayıb:

«Bunun qarşısını biz almalıyıq. Hakimiyyəti anti-milli qüvvələrdən təmizləməliyik. Başqa çıxış yolumuz yoxdur. Hər kəs kini və nifrəti bir kənara atmalı və ölkədəki xainlərə qarşı birləşməlidir».

Mənbə: Publika.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: