21.11.2024

Sülhməramlıların bütün postları Laçın şəhərindən götürüldü

Rusiya sülhməramlı qüvvələrinin bütün postları Laçın şəhərindən götürülüb.

Veteran.az apa-ya istinadən xəbər verir ki, artıq Laçın şəhərində Azərbaycan hərbi qulluqçuları mövqelər qurub, xidmət aparır.

Azərbaycan Ordusu tərəfindən Laçın şəhərinin və ətraf ərazilərin mühafizəsi həyata keçirilir.

Qeyd edək ki, razılaşmaya əsasən, Rusiya sülhməramlı qüvvələri xidmətlərini avqustun 30-dan Laçın dəhlizinə alternativ yolda aparırlar. Onların bütün postları yeni yola köçürülüb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: