21.11.2024

“Sabah pullar kartlarınızda olacaq” — Sahil Babayevdən AÇIQLAMA

«Bu gün ərzində elektron sistemlər üzərindən 11 000-dək Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr həyata keçiriləcək».

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir deyib ki, sabah vəsait həmin şəxslərin ödəniş kartlarında olacaq.

«Həmin şəxslər I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat alacaq. Bu ödənişlər vətəndaş-məmur təması olmadan elektron sistemlər üzərindən həyata keçiriləcək», — S.Babayev qeyd edib. 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: