27.07.2024

Şəhid Müşfiq Abbasovun qazi oğlunun toyudur

Vətən müharibəsi şəhidi Müşfiq Abbasovun qazi oğlunun toyudur.

Bu barədə Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu bildirib. 

«İki oğlu ilə 44 günlük döyüşə qatılıb şəhid olan Müşfiq Abbasovun Qazi balalarından birinin toyundayıq! Allah mübarək eləsin! Bütün şəhidlərimizin ruhu şad olsun!» — deyə jurnalist qeyd edib.

Qeyd edək ki, Müşviq Abbasov və 2 oğlu ilə Vətən müharibəsində döyüşlərdə qatılıb. Kiçik oğlu Şamil atası ilə çiyin-çiyinə döyüşmüş, böyük oğlu İntiqam isə Suqovuşanda N saylı hərbi hissənin kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı olaraq döyüşlərdə iştirak edib.

5 oktyabr 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə könüllü əsgər Abbasov Müşviq Qabil oğlu qəhrəmancasına Şəhid olub. 

Müşviq Abbasov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə  «Vətən uğrunda» və «Ağdamın azad olunmasına görə» medalları ilə təltif edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: