Eduard Şarmazanov : “Bir nəfər də olsun Ermənistan vətəndaşı Qarabağa getmək istəmir”
Ermənistandan “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusuna” çağırış 1,5 ildir ki, yerinə yetirilmir. Bu da türklərin istəyi ilədir.
Bunu bu gün jurnalistlərlə görüşündə Ermənistanın müxalif Respublika Partiyasının (sədri Serj Sərkisyandır) mətbuat katibi Eduard Şarmazanov deyib.
Müxalifətçinin sözlərinə görə, bu müddət ərzində bir nəfər də olsun erməni ayağa qalxıb, oğlunun Qarabağa xidmətə göndərilməsini tələb etməyib. “Və bu, Qarabağda yaşayan ermənilərin də müdafiəyə ehtiyacı olduğu (?) dövrdə baş verir”, — deyə o, qeyd edib.
“Biz Qaarabağı (emrəni siyasətçi həyasızlıqla onu “vətənimiz” imi ifadə edib-red.) qorumalıyıq. Bəs biz bunu necə edək? “DQR” hakimiyyəti (rus qoşunlarının nəzarət etdiyi ərazilərdə qanunsuz hərbi biləşmə-red.) Qarabağın qalan hissəsini Rusiyanın boynuna keçirib”, – deyə Şarmazanov vurğulayıb.
Müxalif siyasətçinin sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti, ölkənin təhlükəsizliyini, milli ideyasını, mədəniyyətini qorumaq iqtidarında deyil.
“Onlar klassik neo-bolşeviklərdir”, – deyə Şarmazanov söyləyib.
Mənbə: Musavat.com